Yeni mövsümə Türkiyədə hazırlaşan “Qəbələ” bir günlük fasilədən sonra məşq prosesini bərpa edib.

Rekord.az xəbər verir ki, “qırmızı-qaralar” Bolu toplanışının 11-ci gününü bir məşqlə başa vurub. 

Hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib. Baş məşqçi Elmar Baxşıyevin yetirmələri toplu və topsuz çalışmaları yerinə yetiriblər. Məşq ikitərəfli oyunla başa çatıb.