
“Qəbələ” akademiyası fəaliyyətini dayandırıb?
- 28 Mar 2022 15:00
- 694
Son illər ciddi maliyyə sıxıntısı çəkən “Qəbələ”də bir sıra dəyişikliklərin olduğu məlumdur. Bahalı legionerlərdən, məşqçi və mütəxəssislərdən imtina edildi, büdcə xeyli azaldıldı, hətta yardım üçün AFFA-ya ağız açıldı. Təbii ki, yaranmış durum klubun futbol akademiyasından da yan keçmədi, bütün gəlmə futbolçu, məşqçi və digər sahənin işçiləri ilə əməkdaşlığa son qoyuldu.
Rekord.az-a daxil olan məlumata görə, gəlmə futbolçular olmadığı üçün akademiyanın binası da demək olar ki, fəaliyyət göstərmir.
Çünki gəlmələr olmadığı üçün məlum məsələdir ki, yataqxana, yeməkxana, idman zalı və s. xidmət sahələrinə də ehtiyac qalmır. Yerlilər onsuz da məşqdən sonra hər kəs öz evinə gedir. Gələcəkdə klubun maddi durumu yaxşılaşarsa, kənar bölgələrədən yenidən akademiyaya uşaq qəbulu bərpa olunarsa, o zaman akademiyanın binası da tam gücü ilə fəaliyyətini bərpa edəcək.