Qazaxıstan millisinin baş məşqçisi istefaya göndərildi
- 20:40
- 34
Qazaxıstan Futbol Federasiyası (KFF) millinin baş məşqçisi Talqat Baysufinovla yolları ayırıb.
Rekord.az xəbər verir ki, 57 yaşlı mütəxəssisin istefası qəbul olunub.
Talqat Baysufinov 2025-ci ilin oktyabrında Qazaxıstan yığmasının "sükanı arxasına" keçib. Onun rəhbərliyi altında komanda DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilməyib.
Qeyd edək ki, bu, 57 yaşlı mütəxəssisin Qazaxıstan millisinə rəhbərlik etdiyi 3-cü dövr olub. O, 2016-2017 və 2020-2022-ci illərdə də yığmanı çalışdırıb.