Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Qazax Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində velo yürüş keçirilmişdir.

Rekord.az xəbər verir ki. yürüşdən əvvəl Qazax rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi və yürüş iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuşlar.

Velo yürüş “Dədə Qorqud heykəlinin yanından başlamış, Heydər Əliyev adına parka qədər davam etmişdir.