
Qazaxda boks üzrə rayon çempionatı keçirilib
- 31 İyl 2025 10:00
- 50
Qazax Olimpiya İdman Kompleksində 2011-2012, 2013-2014-cü il təvəllüdlü yeniyetmələr arasında boks üzrə rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun baş məsləhətçisi, sərbəst güləş üzrə əməkdar məşqçi Anar İbrahimov boks idman növünün ölkəmizdəki inkişafı və idmana göstərilən dövlət qayğısı barədə çıxış edib, iştirakçılara uğurlar arzulayıb.
Turnirin baş hakimi Aqşin Mansırov yarış qaydalarını izah etdikdən sonra turnirə start verilib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda 56 nəfər idmançı iştirak edib. Qaliblər Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.