Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, U-15 və yeniyetmələr arasında keçirilmiş ağırlıqqaldırma üzrə Avropa birinciliyində yüksək nəticələr göstərmiş idmançılarla görüş keçirmişdir.

Rekord.az xəbər verir ki, görüş zamanı Əziz Məsmalıyev və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov idmançıların göstərdikləri iradə və qətiyyəti xüsusi vurğulayaraq, əldə olunan uğurların həm bölgə, həm də ölkə idmanı üçün böyük əhəmiyyət daşıdığını qeyd ediblər.

Xatırladaq ki, 23-31 iyul tarixlərdə İspaniyanın paytaxtı Madriddə keçirilən U-15 və yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində Qazaxlı idmançılarımızın əldə etdiyi 3 qızıl və 4 gümüş medal nəticəsində Azərbaycan komandası Avropa birinciliyində ümumi sıralamada üçüncü yerə layiq görülmüşdür. Sonda idmançılarmıza və onların məşqçisi Rəayət Abdalova, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsi tərəfindən hədiyyələr təqdim olunub.