I Divizion təmsilçisi "Qaradağ Lökbatan" ən aparıcı, təcrübəli futbolçusu, bombardirlərindən biri olan Sabir Allahquliyevi heyətdən kənarlaşdırıb.

Rekord.az xəbər verir ki, onunla müqavilə birtərəfli qaydada klub tərəfindən ləğv olunub.

Səbəb kimi futbolçunun oyun alqı-satqısında iştirakı göstərilib. Hətta onun iki aylıq maaşı da verilməyib. Əslində kifayət qədər ciddi və ağır ittihamdır. Bu cür ittiham varsa, ortada konkret dəlil, sübut da olmalıdır. Sabir "Qaradağ Lökbatan"ın heyətində kifayət qədər vacib qollara ima atıb. Özü də demək olar əksər oyunlarda əsas heyət üzvü kimi meydançada olub. Belə bir futbolçu durduğu yerdə niyə hansısa oyun alqı-satqısına getsin? Üstəlik, bu cür hallarda AFFA rəsmi açıqlama verir, oyunları, komandaları, futbolçuları açıqlayır. İndiki halda bununla bağlı heç bir rəsmi açıqlama, iddia yoxdur. Hər halda, "Qaradağ Lökbatan" bununla bağlı ictimaiyyətə rəsmi məlumat versə heç də pis olmaz. Yoxsa, bir futbolçunun karyerası ilə bu cür oynamaq olmaz.