
“Qarabağ”la oyunda bizi döydülər”
- 18 Sen 2022 15:22
- 377
Fransanın "Nant" komandasının yarımmüdafiəçisi Samuel Mutussami Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a 0:3 hesabıyla uduzduqları oyundan danışıb.
Rekord.az xəbər verir ki, 26 yaşlı futbolçu klubun rəsmi saytına açıqlamasında Bakıdakı görüşü belə xatırlayıb:
“İlk yarıda yaxşı vəziyyətdə idik. Amma sonradan pilləkəndən aşağı endik və bizi döydülər. İkinci yarıda rəqibdən daha zəif oynadıq. Oyunun intensivliyinə görə "Qarabağ" daha cəlbedici idi”.