
“Qarabağ”ın təxirə salınmış oyununun vaxtı açıqlandı
- 27 Noy 2024 12:04
- 230
Azərbaycan Premyer Liqasının 3-cü turundan təxirə salınmış oyunun vaxtı bəlli olub.
Rekord.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
"Şamaxı” – “Qarabağ” matçı dekabrın 19-da keçiriləcək.
Şamaxı şəhər stadionundakı qarşılaşma saat 14:00-da start götürəcək.