"Qarabağ"ın sabiq qapıçısı Bakıda törətdiyi qəzadan danışdı
- 28 Dek 2019 14:49
- 772
"Qarabağ"ın sabiq qapıçısı Hannes Haldorsson Ağdam klubunda çıxış edərkən Bakıda üzləşdiyi bədbəxt hadisəni xatırlayıb.
Rerkord.az İslaniya mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı qolkiper paytaxtımızdakı küçələrdən birində şəxsi avtomobili ilə adam vurmasından danışıb:
"Bir anda yola çıxan bir kişini vurmuşdum. Xoşbəxtlikdən adam sağ qaldı. Buna baxmayaraq, mənim üçün çox çətin idi. Hadisə komandaya düşməyə çalışdığım gərgin dönəmdə baş vermişdi. Çox narahat olmuşdum. Nurlanın (Nurlan İbrahimovu nəzərdə tutur - red.) sayəsində hadisə faciə ilə nəticələnmədi".
Qeyd edək ki, 2018-ci ilin yayında 2019-un aprelinə kimi "Qarabağ"da çıxış edən Haldorsson ötən ilin oktyabr ayında idarə etdiyi avtomobillə piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçməyə çalışan 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlunu vurmuşdu.