“Qarabağ”ın bu mövsümün əvvəlində vidalaşdığı Con Delarj özünə yeni klub tapıb.

Rekord.az xəbər verir ki, konqolu forvard karyerasını Türkiyənin “Boluspor” klubunda davam etdirəcək.

Türkiyə mətbuatının yazdığına görə, 29 yaşlı futbolçu Çexiyanın “Dinamo” klubundan ayrılıb. Artıq Türkiyəyə gələn Delarj Bolu təmsilçisi ilə razılığa gəlib. Tezliklə tərəflərin rəsmi müqaviləyə imza atması və TFF 1-ci liqa təmsilçisinin bu transferi rəsmən açıqlaması gözlənilir.

Delarj daha öncə də Türkiyədə çıxış edib. O, “Osmanlıspor” və “Buraspor”un şərəfini qoruyub. Konqolu futbolçu “Qarabağ”a da məhz 2018-ci ilin yayında Bursa klubundan gəlmişdi. Amma o, Azərbaycan çempionunda əsas heyət üzvünə çevrilə bilməmişdi.