“Səbail" heyətinə yeni futbolçu cəlb edib.

Rekord.az xəbər verir ki, “dənizçilər" “Şamaxı”dan ayrılan yarımmüdafiəçi Rafael Məhərrəmlini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı oyunçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Rafael Məhhərəmli daha əvvəl "Qarabağ" və "Zirə"də də çıxış edib.