
“Qarabağ”ın rəqibindən qapıçısı ilə yeni müqavilə
- 13 Sen 2022 20:41
- 406
"Qarabağ"ın Avropa Liqasının E qrupundakı rəqiblərindən olan Almaniya "Frayburq"u qapıçısı və vitse-kapitanı Mark Flekkenlə müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
29 yaşlı qolkiperlə imzalanmış sözləşmənin detalları açıqlanmayıb.
Flekken 2018-ci ildən "Frayburq"da çıxış edir. Niderland millisinin üzvü indiyədək 60 rəsmi matçda Bundesliqa təmsilçisinin qapısını qoruyub.