"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqibi İngiltərənin "Çelsi" klubu iki futbolçusunu icarəyə verib.


Rekord.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


Müdafiəçi İşe Samuels Çempionşip klubu "Suonsi"yə gedib. Hücumçu Ronni Statter isə İngiltərənin II Liqa təmsilçisi "Barnet"də çıxış edəcək.  


Hər iki futbolçunun icarə müddəti bir mövsümlükdür. 


"Qarabağ" UEFA Çempionlar Liqasının IV turunda "Çelsi" ilə Bakıda üz-üzə gələcək. Qarşılaşma noyabrın 4-də keçiriləcək.