Fransa Kubokunda 1/32 finalın oyunları keçirilir.

Rekord.az xəbər verir ki, "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Marsel" doğma meydanda "Kanne-Roşvil"lə qarşılaşıb. Matç Xorxe Sampaolinin komandasının 4:1 hesablı qələbəsi ilə başa çatıb.

"Marsel" bu qələbə sayəsində növbəti mərhələyə yüksəlib.

 

"Marsel" - "Kanne-Roşvil" 4:1

Qollar: Arkadiuş Milik, 41 (pen), 57, 90+1, Luis Enrike, 77 - Mayk Kore, 16