
"Qarabağ"ın rəqibi daha bir ulduz futbolçu aldı
- 16 Sen 2022 11:30
- 422
Avropa Liqasının G qrupunda "Qarabağ"ın rəqibi olan "Olimpiakos" Xames Rodriqesin transferini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, bu barədə Yunanıstan klubunun saytı məlumat yayıb. Kolumbiyalı yarımmüdafiəçi ilə bu gün müqavilə imzalanıb. Lakin sözləşmənin detalları açıqlanmayıb.
Qeyd edək ki, "Real" və "Bavariya"da da oynamış 31 yaşlı Xames son olaraq Qətərin "Əl Rayyan" klubund çıxış edib.
Xatırladaq ki, "Olimpiakos" bundan əvvəl məşhur braziliyalı müdafiəçi Marselonu da heyətinə cəlb edib.