Bakıda "Qarabağ" və Almaniyanın "Ayntraxt" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.


Bu barədə Rekord.az-a Azərbaycan çempionundan məlumat verilib.


Qarşılaşma üçün hələlik 26500 bilet satılıb.


Qeyd edək ki, görüş bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.