
“Qarabağ”ın oyununa 25 min bilet satılıb
- 12 Avq 2025 17:20
- 38
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununa satılan bilet sayı açıqlanıb.
Rekord.az xəbər verir ki, qarşılaşmaya 25 min bilet satılıb.
Matç üçün bilet qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır.
Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıb - 1:0.