
“Qarabağ”ın nəyə qadir olduğunu bilirik”
- 25 İyl 2023 15:46
- 357
Polşa çempionu "Rakuv"un yarımmüdafiəçisi Ben Lederman "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında iştirak edib.
Rekord.az xəbər verir ki, 23 yaşlı vacib matça çıxacaqlarını bildirib:
"Rəqibin nəyə qadir olduğunu hamımız bilirik. Biz də güclü komandayıq. Topla və topsuz ən yaxşı tərəflərimizi göstərmək istəyirik. Bu çağırışa hazırıq. 1-2 il əvvəlkindən daha güclüyük. Artıq yetəri qədər təcrübəmiz var".
Sabah keçiriləcək “Rakuv” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.