UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində baş tutan "Qarabağ" - "Ayntraxt" oyununun ən yaxşı futbolçusu bəlli olub.


Rekord.az xəbər verir ki, Ağdam təmsilçisinin heyətində Kamilo Duran bu ada layiq görülüb.


O, matçda 2 qol vuraraq təmsilçimizin qələbə qazanmasında əsas memarlardan olub.


Qarşılaşma "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.