
“Qarabağ”ın dünya reytinqində yeni mövqeyi bilindi
- 18:00
- 54
“Qarabağ” klubu dünya reytinqində daha üç pillə geriləyib.
Rekord.az xəbər verir ki, Azərbaycan çempionu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının tərtib etdiyi siyahıda 137,25 xalla 134-cü sıradadır.
“Zirə” (84,75) 42 pillə itirərək 274-cü mövqeyə düşüb.
”Araz-Naxçıvan” (70.25) 76 sıra irəliləyərək 363-cü, “Sabah” (86) 49 pillə artıraraq 264-cü olub.
501 klubun olduğu siyahının ilk pilləsində İspaniya təmsilçisi “Real” (520) qərarlaşıb.