
“Qarabağ”ın ÇL-dəki rəqibləri müəyyənləşdi
- 21:04
- 61
Bu gün Monakoda UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimi keçirilib.
Rekord.az xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da təşkil olunmuş tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da rəqibləri müəyyənləşib.
Ağdam klubunun ilk iki rəqibi İngiltərə təmsilçiləridir. “Qarabağ”ın ilk rəqibi bu ölkənin "Çelsi" komandası olub. Qurban Qurbanovun komandası bu kollektivlə evdə qarşılaşacaq. Növbəti rəqib də İngiltərənin "Liverpul" komandasıdır. Bu komanda ilə görüş isə səfərdə olacaq.
Növbəti rəqib 2-ci səbətdən Portuqaliyanın “Benfika” komandasıdır. Ağdam klubu bu rəqibi ilə səfərdə qarşılaşacaq. Bu səbətdən Azərbaycan çempionunun bəxtinə Almaniyanın “Ayntraxt” komandası da düşüb. Ağdamlılar bu komandanı evdə qəbul edəcəklər.
3-cü səbətdən “Qarabağ”a ilk rəqib “Ayaks” olub. Ağdam klubu Niderland nəhəngi ilə evdə üz-üzə gələcək. Digər komanda isə İtaliya nəhəngi “Napoli”dir. Azərbaycan çempionu Neapol klubu ilə səfərdə qarşılaşacaq.
“Qarabağ”ın sonuncu səbətdəki ilk rəqibi İspaniya təmsilçisi “Atletik” olub. Bilbao təmsilçisi ilə görüş səfərdə baş tutacaq. Sonuncu rəqib isə Danimarka nəhəngi “Kopenhagen”dir. Bu rəqiblə görüş evdə keçiriləcək.