"Qarabağ"ın prezidenti Tahir Gözəl yaxın zamanlarda klubun akademiyasının tikintisinə başlayacaqlarını bildirmişdi.

Rekord.az xəbər verir ki, Ağdam klubu gələcək üçün daha çox yerli gənclərə yatırım etməyi hədəfləyir.

Akademiyanın tikintisi ilə bağlı ani qərarlar da buna hesablanıb. Klub prezidenti bütün detalları açıqlamasa da, bizə bəzi məlumatlar sızıb. Əsas məlumat odur ki, klubun yeni qurulacaq akademiyasına rəhbərlik Türkiyədə tanınan, sayılıb-seçilən mütəxəssislərdən birinə tapşırılacaq. Konkret şəxslə bağlı seçim olmasa da, rəhbərliyin planı bunun üzərindədir.