"Qarabağ"ın 5 potensial rəqibi bilindi
- 13 İyn 2022 18:17
- 578
“Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə enib.
Rekord.az bu haqda UEFA-nın saytına istinadən xəbər verir.
Sabah keçiriləcək püşkatmada “səpələnmiş”lər səbətində olan Azərbaycan çempionunun rəqibi “səpəIənməmişlər” səbətində yer alan bu 5 komandadan biri olacaq:
"Jrinski" (Bosniya və Herseqovina)
"Lex" (Polşa)
"Hibernians" (Malta)
"Şkupi" (Şimali Makedoniya)
"Dinamo" (Batumi, Gürcüstan)
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları 5/6 və 12/13 iyulda keçiriləcək.