“Qarabağ” bu gün Antalyadakı toplanış çərçivəsində Xorvatiyanın “Osiyek” klubu ilə üz-üzə gəlib.


Rekord.az xəbər verir ki, qarşılaşma “Qarabağ”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.


Bu oyun iki futbolçu üçün əlamətdar olub. Belə ki, 15 yaşlı yarımmüdafiəçi Əli Bəşirov və 19 yaşlı hücumçu Bəhruz Qurbanlı əsas komandanın heyətində debüt edib.