“Qarabağ”dan Norveç klubuna
- 14:40
- 36
“Qarabağ” FK futbolçusu Kris Kuaku ilə bağlı Norveçin yüksək liqa təmsilçisi “Sarpsborg 08” klubu ilə razılığa gəlib.
Rekord.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi artıq yeni klubunun tibbi müayinədən keçib və rəsmi müqavilə imzalayacaq.
Kris Kuaku 2025-ci ilin yayında “Qarabağ” FK-ya transfer olunmuşdu.
Ağdam klubu futbolçuya bu komandada çıxış etdiyi müddətdə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.