“Qarabağ”da daha iki ayrılıq
- 15:40
- 34
“Qarabağ” qapıçılar Fabian Buntiç və Amin Ramazanovla yollarını ayırıb.
Rekord.az bu barədə Ağdam klubuna istinadən xəbər verir.
Klub Fabian Buntiçlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Amin Ramazanovun isə müqavilə müddəti başa çatıb.
Onlara “Qarabağ”ın uğurları naminə göstərdikləri xidmətlərə görə təşəkkür edilib, hər ikisinə gələcək karyeralarında uğurlar arzulanıb.