"Arsenal"ın futbolçusu Matteo Genduzi Fransada qalacaq.

Rekord.az xəbər verir ki, “Marsel” rəhbərliyi yarımmüdafiəçi üçün “Arsenal”la danışıqlara başlayıb.

Fransızlar 22 yaşlı futbolçu üçün London klubuna 11 milyon avro təklif edib. "Topçular" da bu qiymətə onu satmağa hazır olduğunu bildirib.

Yayda transferin rəsmiləşəcəyi ehtimal edilir.

Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Marsel” (0:3) matçında Genduzi komandasının ikinci qolunu vurmuşdu.