"Qarabağ" indidən Çempionlar Liqası üçün yeni qapıçı axtarışına çıxıb.

Rekord.az-a daxil olan məlumata görə, Qurban Qurbanov klubun büdcəsinə uyğun münasib qiymətə etibarlı qapıçı istəyir.

Saytımıza daxil olan məlumata görə, elə bir qapıçı tapılsa, o zaman Quqeşaşvili və Amin Ramazanovdan biri icarəyə verilə bilər. Çünki yeni qapıçınım gəlişi və Şahruddinin də zədəsini sağaldıb sıraya dönəcəyi halda əsas komandada qapıçı sayı 4 olacaq. Bu zaman dördüncü statusa düşəcək qapıçının oyun praktikasını itirməmək üçün icarəyə verilməsi gündəmə gələcək.