“Qarabağ” xərəkdaşıyanlara görə cərimələndi
- 05 Noy 2019 16:41
- 804
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Birinci Divizionun 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Neftçi” – “Səbail” matçında “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 81-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Əlibəy Məmmədli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 90+1-ci dəqiqəsində “Səbail”in futbolçusu Ruslan Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Keşlə” – “Qarabağ” matçında “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunda xərək daşıyan uşaqların yaşı əsasnaməyə uyğun olmadığına görə, klub 80 manat cərimə olunur.
“Sumqayıt” – “Sabah” matçının 67-ci dəqiqəsində “Sabah”ın futbolçusu Eldost Qiyasbəyli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Ağsu” – “Turan Tovuz” matçında “Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.