“Qarabağ” və “Sabah” Ukrayna təmsilçisi “Şaxtyor”un futbolçusu Aleksey Kaşukla maraqlanan klublar sırasına qoşulublar.

Rekord.az “sportnews.com.ua” saytına istinadən xəbər verir ki, adıçəkilən Azərbaycan komandaları 23 yaşlı yarımmüdafiəçini heyətlərinə cəlb etmək niyyətindədirlər.

İsveçrə təmsilçisi “Bazel” də Kaşukun transferi üçün donetsklilərlə danışıqlara başlayıb. Daha əvvəl isə ukraynalı oyunçunun adı “Neftçi”, Yunanıstanın PAOK və Xorvatiyanın “Hayduk” klubları ilə birgə hallanırdı.

Aleksey Kaşuk 2022/2023 mövsümündə icarə əsasında “Sabah”ın formasını geyinib. Onun “Şaxtyor”la müqavilə müddəti 2024-cü il iyunun 30-na qədər nəzərdə tutulub.