“Qarabağ” tam ÇL səviyyəsinə uyğun komandadır” - Frimponq
- 20:00
- 34
"Qarabağ" tam olaraq Çempionlar Liqası səviyyəsinə uyğun komandadır.
Rekord.az xəbər verir ki, bunu İngiltərənin "Liverpul" klubunun müdafiəçisi Ceremi Frimponq deyib.
Futbolçu evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunun qarşılaşması ilə bağlı fikirlərini bölüşüb:
"Almaniyanın "Bayer" klubunda çıxış edərkən "Qarabağ"a qarşı çıxış etmişdim. Həqiqətən çox yaxşı çıxış etmişdilər. Lakin son dəqiqələrdə vurduğumuz qollarla qalib gəlmişdik. "Qarabağ" tam olaraq Çempionlar Liqası səviyyəsinə uyğun komandadır. Sabah bizi çox çətin matç gözləyir. Buna görə qarşılaşmaya yaxşı hazırlaşmalıyıq və əlimizdən gələnin ən yaxşısını etməliyik".
"Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.