
“Qarabağ” - “Sabah” matçının biletləri oyun günü satışda olacaq
- 10 Sen 2022 22:48
- 463
Misli Premyer Liqasının 6-cı turunda keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşmasının biletləri sabah - sentyabrın 11-də satışa çıxarılacaq.
Rekord.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bilet satışı saat 11:00-dan oyun başlayanadək davam edəcək.
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.
Biletləri yalnız "Azersun Arena"nın kassalarından ala bilərsiniz.
Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.