
Qarabağ qazisi "Qarabağ" azarkeşlərindən yazdı
- 14 İyl 2022 11:43
- 430
«İmarət» fanklubu Qarabağ yaddaşlardan sildirilmək istəyən zaman, insanların Qarabağın azad edilməsinə ümidi azalan bir vaxtda yarandı.
«Qarabağ» futbol klubunun azarkeşlərinin fanklubu kimi yarandı və çox böyük işlər gördülər!
"Qarabağ"ı ruhlandırdılar, sevilməklərinə dəstək oldular. Qarabağı qanları ilə, canları ilə sevən bu gənclər Yurd Qarabağın yaddaşlarda qalması üçün elə bir işlər gördülər ki, misli yoxdur.
Bu gənclər (təbii ki, 2-3 nəfər böyüklərdən də onlara ciddi dəstək oldu) torpaqlarımızın azad olunması üçün çox böyük vətənpərvərıik təbliğatı apardılar.
Özü də kənardan maddi dəstək almadan, öz kasıb ciblərinin hesabına etdilər bunu. Həm də təmənnasız etdilər! Allah onlardan razı olsun!
Təşəkkür edirik onlara bu fədakarlığa görə!
Özlərinə də demişəm, «İmarət»in yaranması və fəaliyyəti haqqında geniş məlumat bazası hazırlasalar, çox gözəl olar.
Hər birinizə bir daha təşəkkür edirik, əzizlərimiz!
İndi Qarabağ azaddır, inşallah, daha gözəl işlər sizləri Qarabağda - Ağdamda gözləyir! Uğurlar olsun!
P.S. Fəxr edirəm ki, mən də bu «İmarət» fanklubunun fəxri üvüyəm!
Rey Kərimoğlu