“Qarabağ” hücumçusu Kvabena Ovusu ilə vidalaşıb.

Rekord.az xəbər verir ki, Ağdam klubu qanalı forvardı Macarıstanın “Ferentsvaroş” klubuna satıb.

Klub Ovusunun transferi ilə bağlı yaydığı rəsmi açıqlamada bunları qeyd edib:

“Əldə olunmuş razılığa əsasən, komandamızın hücumçusu Kvabena Ovusu Macarıstanın "Ferentsvaroş" klubuna transfer olub. Ovusuya göstərdiyi xidmətlərə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq!”