
“Qarabağ” – “Nant” matçı ilk 5-likdə
- 17 Sen 2022 11:42
- 467
Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı məlum olub.
Rekord.az xəbər verir ki, 15 oyunda ümumilikdə 312 000-dən çox azarkeş iştirak edib.
İlk 5-likdə Bakıda “Qarabağ”la “Nant” arasında keçirilmiş oyun (3:0) da yer alıb. Tofiq Bəhramov adına Respublika stadionundakı matçı 26 495 azarkeş izləyib.
Ən çox tərəfdar isə “Roma” (İtaliya) - HJK (Finlandiya) oyununda qeydə alınıb. İtaliyadakı oyunda 60 193 fanat olub.