“Qarabağ” AFFA-nın yaratdığı Klublar Komitəsindən çıxa bilər.

Rekord.az-a bununla bağlı özəl məlumat daxil olub.

Məlumata görə, Ağdam klubu bu qurumda təmsil olunmağı mənasız sayır. Çünki fəaliyyəti daha çox formal xarakter daşıyır və burada müzakirə olunan, təklif olunan məsələlər onsuz da AFFA-da nəzərə alınmır. Təsadüfi deyil ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da bu yaxınlarda bununla bağlı narazılığını açıq şəkildə dilə gətirmişdi.