İranlı futbolçu Azad Qolikimilan "Qarabağ-2"nin qış toplanışında iştirak etmədi.

Rekord.az xəbər verir ki, onun zədəli olduğu deyilsə də, bu yaxınlarda məlum olub ki, sözügedən futbolçu Ağdam klubundan birdəcəlik ayrılıb.

Hələ ötən ilin sonunda futbolçular istirahətə göndəriləndə Azada deyilib ki, geri qayıtmasın və İranda özünə yeni klub tapsın. İranda klub tapa bilməyən Qolikimilan isə menecer vasitəsi ilə Moldovaya yollanıb və bu ölkənin autsayder komandası olan "Dinamo Avto" ilə müqavilə bağlayıb.