
“Qarabağ” ilk turda “Zirə”yə uduzdu
- 05 Avq 2023 22:57
- 739
Azərbaycan Premyer Liqasında 1-ci turun görüşləri davam edir.
Rekord.az xəbər verir ki, bu gün daha 2 matç oynanılıb.
Əvvəlcə “Səbail” öz meydanında “Sumqayıt”ı sınağa çəkib və böyük hesabla uduzu.
Günün digər oyununda "Qarabağ" "Zirə"ni qonaq edib. Bu oyunda da qonaqlar qələbə qazanıblar.
Qeyd edək ki, dünən keçirilən mövsümün açılış oyununda “Turan Tovuz” səfərdə “Araz-Naxçıvan”ı 3:0 hesabı ilə məğlub edib. Tura sabah baş tutacaq “Kəpəz” – “Neftçi” (17:00) və “Sabah” – “Qəbələ” (20:00) görüşləri ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
1-ci tur
5 avqust
“Səbail” – “Sumqayıt” 1:4
Qollar: David Qomis, 62 - Rövlan Muradov, 27. Erik Sorqa, 67-pen. Kamran Quliyev, 70. Səbuhi Abdullazadə, 76.
Baş hakim: Elçin Məsiyev
“ASCO Arena”.
Səbail: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 5. Adil Nağıyev, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 44. Yadin Luqasi.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 9. Amil Yunanov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 4. Adi Mehremiç.
Baş məşqçi: Şahin Diniyev.
Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 4. İsa Suliman, 9. Erik Sorqa, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 58. Oktavio Manteka, 10. Kamran Aliev, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.
“Qarabağ” – “Zirə” 0:1
Qol: Dmitrios Çantakias, 49.
Baş hakim: Əliyar Ağayev
“Azersun Arena”.
Qarabağ: 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzya, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.
Zirə: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 66. Pərviz Azadov, 87. İlqar Əhmədov, 5. Stefan Aka, 23. Andriya Lukoviç, 17. Toni Qomes, 7. Filipe Paxtman, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.