
“Qarabağ” gəlişi alınmadı: səbəb xanımı oldu
- 07 Okt 2022 14:00
- 592
Bir müddət idi ki, “Qarabağ”la danışıqaparan Paolo Fernandesin Azərbaycana gəlişi baş tutmayacaq.
Rekord.az xəbər verir ki, “Mançester Siti”nin sabiq futbolçusu əslində Ağdam klubuna keçidə razı idi.
Lakin son anda xanımı olaya müdaxilə edib. Belə ki, o, Azərbaycana getmək istəmədiyini bildirib və futbolçuya Avropanın başqa ölkəsində özünə klub tapmağı xahiş edib. Həyat yoldaşının istəyini yerə sala bilməyən Fernandes “Qarabağ”la anlaşmadan vaz keçib.
Qeyd edək ki, Fernandes futbolun sirlərini “Saraqosa”da öyrənməyə başlayıb (2010–2013), daha sonar “Mançester Siti”yə transfer olub (2013–2017). İngiltərə klubu onu 2017-2020-ci illər ərzində icarəyə verib. Hücumameylli yarımmüdafiəçi öncə Niderlandda “Breda” (2017-2019), ardınca İtaliyada “Peruca”nın (2019-2020) formasını geyinib.
Daha sonra İspaniyaya qayıdaraq, “Kasteltyon”la müqavilə bağlayıb. 2021-ci ildə Yunanıstana üz tutub və “Volos”la anlaşıb.
Yerli Super Liqada 31 oyuna 6 qol vuran Paolo bu ilin yayında AEK-ə satılıb. Yeni klubu isə burada əsas heyətə düşəcəyinə inanmadığı ispaniyalını “Volos”un ixtiyarına verib - icarə əsasında.