
“Qarabağ” dünya reytinqində gerilədi, “Neftçi” irəlilədi
- 13 İyn 2023 11:40
- 330
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Rekord.az xəbər verir ki, 302 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Neftçi" yer alıb.
Ağdam təmsilçisi ötən ayla müqayisədə 4 pillə geriləyib. Ölkə çempionu 138,5 xalla 71-ci sırada qərarlaşıb. 67 xala malik "Neftçi" 21 pillə irəliləyərək 287-ci olub.
Reytinqdə lider dəyişməyib. İspaniyanın “Real” klubu 313 xalla birincidir. İngiltərə "Mançester Siti"si 279 xalla ikinci sıraya yüksəlib. İlk "3-lüy"ü 278 xalla Braziliya təmsilçisi “Flamenqo” qapayır.