“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxıb.

Rekord.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Almaniyada “Frayburq”un qonağı olub.

“Europa Park” stadionunda keçirilən qarşılaşmanı belçikalı Erik Lambrextsin başçılıq erdiyi hakimlər briqadası idarə edib.

Azərbaycan çempionu ardıcıl 9-cu dəfə avrokubokların qrup mərhələsində mübarizəyə başlayıb. Ağdam təmsilçisi uğurlu başlanğıc üçün səfərdən ən azı 1 xalla dönməyə çalışıb. Amma oyun “Qarabağ” üçün uğursuz başlayıb. Qurbanovun yetirmələri 15 dəqiqəyə 2 qol buraxıblar. Fasilə ərəfəsində buraxılan qollardan birinin əvəzini çıxmaq mümkün olub. İkinci hissədə isə hesab dəyişməyib və “Frayburq” bu matçdan qalib ayrılıb.

G qrupunun digər oyununda “Nant” Fransada Yunanıstan “Olimpiakos”unu qəbul edib. Üç qolun qeydə alındığı bu oyunda da meydan sahibləri qalib gəliblər – 2:1.

Avropa Liqası
G qrupu

8 sentyabr

Frayburq – Qarabağ 2:1
Qol: V.Qrifo, 7-pen. R.Doan, 15 – M.Veşoviç, 39.
Baş hakim: Erik Lambrexts (Belçika).
Frayburq. “Europa Park” stadionu.

Frayburq: 26. Mark Flekken, 3. Filip Linhardt, 8. Maksimilian Eggeştayn, 18. Nils Petersen, 25. Kiliann Sildillia, 27. Nikolas Höfler, 28. Mattias Ginter, 29. Çon U Yon, 30. Kristian Günter (k), 32. Vinçentso Qrifo, 42. Ritsu Doan.
Ehtiyat oyunçular: 1. Benjamin Uphof, 21. Noa Atubolu, 2. Uqo Sike, 7. Conatan Şmid, 11. Daniel Kofi Kyere, 14. Yannik Keytel, 17. Lukas Kübler, 23. Robert Vaqner, 31. Keven Şlotterbek, 22. Noa Vayshaupt, 34. Merlin Röhl, 38. Mixael Qreqoriç.
Baş məşqçi: Kristian Ştrayx.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges. 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 6. Julio Romao, 7. Riçard Almeyda, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.