
“Qarabağ” 3 hücumçunun xidmətindən imtina edib
- 07 Sen 2022 14:00
- 839
Hazırda “Qarabağ” hücumçu transfer edə bilmədiyi üçün tənqidlrə məruz qalır.
Lakin Rekord.az-a daxil olan məlumata görə, əslində Ağdam təmsilçisi üçün hücumçu qıtlığı deyil.
Sadəcə, Qurban Qurbanov transfer xatirinə transfer etmək istəmir. Aldığımız məlumata görə, müxtəlif ölkəlrədən 3 hücumçu “Qarabağ”da oynamağa hazır olduğunu menecerlər vasitəsi ilə Ağdam klubuna çatdırıb. Lakin araşdırma aparan Qurban Qurbanov onların hazırlıq səviyyəsini bəyənmədiyi üçün hər üçünə “yox” cavabı verib. Hazırda səviyyəli hücumçu axtarışı davam edir.