“Qarabağ” Azərbaycan Kuboku çərçivəsində qarşılaşacağı “Sabah”la qarşılaşmada bəzi azarkeş kateqoriyaları üçün xüsusi güzəştlər tətbiq edəcək.


Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qadın azarkeşlər üçün stadiona giriş ödənişsiz olacaq.


Eyni zamanda, 15 yaşınadək uşaqlar valideynləri ilə birlikdə stadiona gəldikləri halda biletsiz (ödənişsiz) daxil ola biləcəklər.


O da diqqətə çatdırılıb ki, 15 yaşınadək uşaqlar stadiona tək gəldikləri halda giriş ödənişli olacaq. Uşaqları ilə gələn valideynlər isə özləri üçün bilet əldə etməlidirlər.


Yalnız uşaqlar üçün giriş ödənişsizdir (valideyn müşayiəti ilə).