“Qapısına ən çox penalti təyin olunan komandalardan biriyik” - Ayxan Abbasov
- 30 Noy 2024 18:00
- 119
“Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “Kəpəz”lə qarşılaşıb.
Rekord.az xəbər verir ki, 0:1 hesabı ilə məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun oyundan sonra mətbuat konfransı keçirilib. Abbasov üzücü məğlubiyyət olduğunu bildirib:
“Üzücü məğlubiyyət oldu. Stresli, ağır oyun olacağını bilirdik. Oyun baxımından futbolçularım istəkli, həvəslidirlər. Təəssüf ki, son oyunlarda səhvlərdən qollar buraxırıq. Oyunçularıma da dedim, toparlanıb, gələcək oyunlara hazırlaşacağıq.
Bəlkə də, qapısına ən çox penalti təyin olunan komandalardan biriyik. Görünən odur ki, əllə təmas var idi. Bəli, müəyyən diqqətsizlik, səhvlər olur. “Sumqayıt”, “Turan Tovuz”la oyunlarda da son dəqiqələrdə qapımıza penalti təyin olundu.
Qışa qədər dözməliyik. Bəzi dəyişikliklər olacaq.
Bəli, Paçu yaxşı oyunçudur. Amma bu gün hansısa oyunçuya görə təəssüflənməməliyik.
Mən digər komandada olanda Vurğun Səfərov məni də təəccübləndirmişdi. Potensiallı oyunçudur. Təkcə o yox, digər gənc oyunçularımızın da potensialı var”.