 
        “Qalatasaray”da yeni müqavilə
- 22 Apr 2025 13:45
- 196
"Qalatasaray" futbolçusu Lukas Torreyra ilə müqavilə müddətini uzadıb.
Rekord.az xəbər verir ki, İstanbul klubu bununla bağlı Türkiyə Futbol Federasiyasına bildiriş göndərib.
Uruqvaylı yarımmüdafiəçinin yeni sözləşməsi 2028-ci ilin sonuna qədər nəzərdə tutulub.
2022-ci ildən "Qalatasaray"da çıxış edən Torreyra bu müddət ərzində 123 oyun keçirib və 4 qol vurub.
 
                 
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
        