
“Qalatasaray”da daha bir itki
- 27 Noy 2022 16:40
- 404
Türkiyənin “Qalatasaray” klubunda daha bir futbolçu sıradan çıxıb.
Rekord.az xəbər verir ki, “sarı-qırmızılar”ın son məşqində portuqaliyalı futbolçu Serjio Oliveyra zədələnib.
Topuğu burxulan yarımmüdafiəçinin durumuna bu gün keçiriləcək müayinədən sonra aydınlıq gələcək.
“Qalatasaray”ın heyətində Milot Raşiça, Matias Ross və Əmrə Taşdemir də zədədən əziyyət çəkir.