“Qalatasaray” “Mançester Siti”yə, “Real” “Benfika”ya uduzdu
- 02:17
- 31
Çempionlar Liqasının əsas mərhələsinə yekun vurulub.
Rekord.az xəbər verir ki, son turun bütün oyunları eyni günə təsadüf edib.
“Qarabağ”ın “Liverpul”a yenildiyi gündə Türkiyə çempionu “Qalatasaray” da səfərdə “Mançester Siti”yə uduzub. Madrid “Real”ı isə “Benfika”ya məğlub olub.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 8-ci tur
28 yanvar
PSJ (Fransa) – Nyukasl (İngiltərə) 1:1
Mançester Siti (İngiltərə) – Qalatasaray (Türkiyə) 2:0
Liverpul (İngiltərə) – Qarabağ (Azərbaycan) 6:0
Borussiya (Dortmund, Almaniya) – İnter (İtaliya) 0:2
Barselona (İspaniya) – Kopenhagen (Danimarka) 4:1
Arsenal (İngiltərə) – Kayrat (Qazaxıstan) 3:2
Bayer (Almaniya) – Vilyarreal (İspaniya) 3:0
Atletiko (İspaniya) – Bodo Qlimt (Norveç) 1:2
Benfika (Portuqaliya) – Real (İspaniya) 4:2
Ayntraxt (Almaniya) – Tottenhem (İngiltərə) 0:2
Brügge (Belçika) – Olimpik (Marsel, Fransa) 3:0
PSV (Niderland) – Bayern (Almaniya) 1:2
Ayaks (Niderland) – Olimpiakos (Yunanıstan) 1:2
Napoli (İtaliya) – Çelsi (İngiltərə) 2:3
Monako (Fransa) – Yuventus (İtaliya) 0:0
Yunion (Belçika) – Atalanta (İtaliya) 1:0
Atletik (İspaniya) – Sportinq (Portuqaliya) 2:3
Pafos (Kipr) – Slaviya (Praqa, Çexiya) 4:1
Bu nəticələrdən sonra maksimum nəticə göstərmiş “Arsenal” (24 xal), eləcə də “Bayern” (21), “Liverpul” (18), “Tottenhem” (17), “Barselona” (16), “Çelsi” (16), “Sportinq” (16) və “Mançester Siti” (16) ÇL-in 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanıblar.
“Real” (15), “İnter” (15), PSJ (14), “Nyukasl” (14), “Yuventus” (13), “Atletiko” (13), “Atalanta” (13), “Bayer” (12), “Borussiya” (11), “Olimpiakos” (11), “Brügge” (10), “Qalatasaray” (10), “Monako” (10), “Qarabağ” (10), “Bodo Qlimt” (9) və “Benfika” (9) da 1/8 finala vəsiqə uğrunda pley-off görüşləri keçirəcəklər.