
“Qalatasaray” hücumçusu ilə vidalaşdı
- 13:45
- 35
"Qalatasaray" ispan futbolçusu Alvaro Morato ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.
32 yaşlı hücumçunun icarə müqaviləsinə qarşılıqlı razılıq razılıq əsasında xitam verilib. Forvardın məxsus olduğu İtaliyanın "Milan" klubu "sarı-qırmızılar"a 5 milyon avro ödəyəcək. Bundan əlavə, oyunçu alacağı 651 min 562 avrodan da imtina edib.
Morata bu ilin fevralında "Qalatasaray"a keçib. O, 2024-cü ildə İspaniya millisi ilə Avropa çempionatının qalibi olub.