"Barselona"nın sabiq kapitanı Karles Puyol Kataloniya təmsilçisinin hücumçusu Robert Levandovskidən danışıb.

Rekord.az "Diario Sport"a istinadən xəbər verir ki, veteran futbolçu 34 yaşlı polşalı ulduzun "Qızıl top"u qazanmalı olduğunu deyib: 

“Levandovski dünyanın ən yaxşı hücumçularından biridir və bu, yalnız onun performansı ilə bağlı deyil. Rəqibin müdafiəsini təzyiqdə saxlamağı, oyun zamanı topa sahib olmağı, kombinasiyalı həmlələr təşkil etməyi bacarır. O, "Qızıl top"u qazanmalıdır. Robert öncəki bütün mövsümlərdə də buna layiq idi".

Qeyd edək ki, Levandovski bu yay "Bayern Münhen"i "Barselona"ya dəyişib.